Cəlilabadda evdə yanğın söndürülüb, azyaşlı xəsarət alıb - YENİLƏNİB
Cəlilabad rayonunun Azərbaycan küçəsində yerləşən iki mərtəbəli yaşayış evində baş verən yanğın söndürülüb.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə zamanı evdə təxminən 6-7 yaşlarında iki azyaşlı uşaq olub. Uşaqlardan biri hadisə zamanı çölə qaçaraq xilas olub. Digər uşaq isə yatmış vəziyyətdə olduğundan içəridə qalıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinın Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri uşağı xilas ediblər.
Azyaşlı ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hadisə nəticəsində təxminən 300 kv.m sahəyə malik ikimərtəbəli evin 80 kv.m-i qorunsa da, içəridə olan bütün əşyalar və yanar konstruksiyalar yanıb.
Faktla bağlı araşdırma aparılır.
Cəlilabad rayonunda evdə yanğın başlayıb.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Azərbaycan küçəsində yerləşən yaşayış evlərindən birində qeydə alınıb.
Məlumata görə, yanğın zamanı iki azyaşlı uşaq evdə qalıb.
Hazırda onların xilas olunması üçün Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.
Oxşar xəbərlər
Cəlilabadda iki azyaşlının olduğu evdə yanğın başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
