Sumqayıtda qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB - 2
sizinxeber.az xəbər saytı

Sumqayıtda qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB - 2


Sumqayıtda bir nəfəri öldürməkdə, digərini yaralamaqda şübhəli bilinən şəxs saxlanılıb.

“Sizinxeber.az”un yerli bürosunun əldə etdiyi məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Vüsal Mürsəl oğlu Məmmədov saxlanılıb.

Qeyd edək ki, Sumqayıtda gecə saatlarında 1997-ci il təvəllüdü Ceyhun Xəlifzadə və 1992-ci il təvvəllüdlü Zahir İsmayılov bıçaqlanıb. Zahir İsmayılovun müalicəsi davam etsə də, Ceyun Xəlifzadənin həyatını xilas etmək mümkün olmayıb.

01:05

Sumqayıt şəhərində iki nəfər bıçaqlanıb.

“Sizinxeber.az”un yerli bürosu məlumat verir ki, şəhərin 76-cı məhəllə ərazisində 1997-ci il təvəllüdlü Xəlifzadə Ceyhun Əşrəf oğlu və 1992-ci il təvəllüdlü İsmayılov Zahir Novruz oğlu bıçaqlanıb.

Ceyhun Xəlifzadə xəstəxananın qarşısında keçinib, digər yaralı tibb müəssisəsinə yerləşdirilib və müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

23:54

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

“Sizinxeber.az”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 76-cı məhəllə ərazisində qeydə alınıb.

Bıçaq yaraları alan 1997-ci il təvəllüdlü Xəlifzadə Ceyhun Əşrəf oğlu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, tibb müəssisəsinin qarşısında ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Sumqayıtda qətl törtəməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB - 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda iki nəfər bıçaqlanıb, ölən var - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda bıçaqlanma hadisəsi olub, ölən və yaralanan var - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda tanışını bıçaqlayan şəxs tutulub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda qadın qaynı tərəfindən bıçaqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər