Bakıda 30 min manatlıq avadanlıq oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Bakıda 30 min manatlıq qapı və kondisionerləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Nizami rayonunda oğurluq hadisələri qeydə alınıb. Rayonun Keşlə qəsəbəsi sakini polisə müraciət edərək anbar kimi istifadə etdiyi mənzilindən 30 min manat dəyərində 34 ədəd qapı, 16 ədəd kondisioner və inşaat materiallarının oğurlandığını bildirib.
Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı Əli Əliyev müəyyən olunaraq saxlanılıb. Ondan əlavə olaraq şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanıb.
Digər bir tədbirlə Nizami rayonunda “VAZ” markalı iki avtomobilin akkumlyatorlarını oğurlayan 44 yaşlı Pərviz Allahverdiyev polislər tərəfindən saxlanılıb. Onun cinayət əməli təhlükəsizlik kameraları vasitəsilə də anbaan görüntülənib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Mənzildən 35 min manat oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
Bakıda evlərdən 11 min manat oğurlamaqda şübhəli bilinən silahlı şəxs saxlanılıb
Cəlilabadda iki min manatlıq noxud oğurlayan şəxs saxlanılıb
Sumqayıtda 10 min manatlıq dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb
İşə düzəltmək adı ilə 36 min manatı ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













