Bakı Kənar Dairəvi yolunda hərəkət fasilələrlə məhdudlaşdırıla bilər - BİRGƏ MƏLUMAT
Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.
APA-nın xəbərinə görə, məlumatda deyilir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsinin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bununla əlaqədar olaraq avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə gün ərzində Bakı Kənar Dairəvi yolunda avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırıla bilər.
Qeyd olunanları nəzərə alaraq, sürücülərdən göstərilən məsələyə anlayışla yanaşılması və müvəqqəti tətbiq edilən məhdudiyyətlərlə əlaqədar alternativ yollardan istifadə edilməsi xahiş olunur.
Oxşar xəbərlər
Nazirliklər Badamdarda qaya parçaları uçması ilə bağlı məlumat yayılıb
İri qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru sürüşməsi müşahidə edilib, ərazi nəzarətə götürülüb - YENİLƏNİB
Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi aradan qaldırılır
İri qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru sürüşməsi müşahidə edilib, ərazi nəzarətə götürülüb
Geoloji Kəşfiyyat Agentliyi qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru sürüşməsinə münasibət bildirib - YENİLƏNİB 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













