Göygöldə yol qəzasında 18 yaşlı oğlan ölüb, 4 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Göygöldə yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb.
TƏBIB-dən Sizinxeber.az-nın sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 25-də saat 08:00 radələrində Göygöl rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan şəxslərə ilkin tibbi yardım göstərilib. Onların hər biri ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub.
Hazırda tibb müəssisəsinin müvafiq şöbəsində müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.
Fəridə
***
08.19
Göygöldə ölümə nəticələnən yol qəzası baş verib.
Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, rayon ərazisində "Lada" və "Opel" markalı maşınlar toqquşub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, 2006-ci il təvəllüdlü Ramal Qurbanzadə hadisə yerində ölüb. 2006-cı il təvəllüdlü E.Ələkbərov, 2006-cı il təvəllüdlü F Məhərrəmov, 2006-cı il təvəllüdlü H.Huseynov, 1984-ci il təvəllüdlü X.Rzayev xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Qubada mikroavtobusla avtomobil toqquşub, 1 nəfər ölüb, xəsarət alan 14 nəfərdən 8-nin vəziyyəti ağırdır - YENİLƏNİB 2
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb - FOTO
Qubada sərnişin mikroavtobusu ilə avtomobil toqquşmasında xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 1
Lənkəranda baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - FOTO - YENİLƏNİB 1
Göygöldə 4 nəfər dərmandan zəhərlənib, 10 yaşlı uşaq ölüb - YENİLƏNİB-1
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













