Lerikdə yanıq xəsarətləri alan 2 yaşlı uşaq ölüb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Lerikdə yanıq xəsarətləri alan 2 yaşlı uşaq ölüb - YENİLƏNİB


Lerikdə yanıq xəsarətləri alan 2 yaşlı uşaq ölüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, 2022-ci il təvəllüdlü V.Abbaslı bu gün səhər səhər yanıq xəsarətlərindən xəstəxanada vəfat edib.

Qeyd edək ki, hadisə ötən gecə Lerik rayonunun Şinəbənd kəndində baş verib. Odun peçindən çıxan alov 2 yaşlı uşağın və valideynlərinin üstünə düşüb. 2 yaşlı uşağın bədəninin çox hissəsinin yandığı bildirilirdi.

Faktla bağlı araşdırma aparılır.

***

18 oktyabr, 21.57

Lerikdə benzinlə ehtiyatsız davranma 2 yaşlı uşağın yanmasına, ata və ananın xəsarət almasına səbəb olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lerik rayonunun Blaband kənd ərazi vahidliyinə daxil olan Şinəbənd kəndində baş verib. Kənd sakini 1987-ci il təvəllüdlü Rüfət Güloğlan oğlu Abbasov, evdə odun peçini qalamaq üçün benzindən istifadə edib. Bu zaman peçdən çıxan alov ətrafa və yaxınlıqda olan uşaq 2022-ci il təvəllüdlü V.R.Abbaslının üzərinə düşüb. Uşağın anası 1989-cu il təvəllüdlü Afiqə İbrahim qızı Qasımova dərhal uşağın paltarlarını çıxarmağa çalışıb. Həmin anda ana da hər iki əlin 1 və 2-ci dərəcəli termiki yanıq xəsarətləri alıb. 2 yaşlı uşaq dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub, ilkin tibbi yardımdan sonra vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda həkimlər uşağın vəziyyətini ağır qiymətləndirir. Ona bədənin 90% termiki yanıq diaqnozu qoyulub. Ata R.Abbasov isə Lerik rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.

Oxşar xəbərlər

Lerikdə odun peçindən çıxan alov 2 yaşlı uşağın üzərinə düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lerikdə ehtiyatsızlıq üç nəfərin yanıq xəsarətləri almasına səbəb olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Meşədə üstünə ağac aşan Lerik sakini ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabirabadda 1 yaşlı uşağın üstünə qaynar çaydan aşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lerikdə avtomobil dərəyə aşıb, sürücü xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər