Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib
sizinxeber.az xəbər saytı

Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib


Beyləqan rayonununda narkotik vasitə qəbul edib avtomobil idarə edən sürücü həbs edilib.

Bu barədə "Sizinxeber.az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Mersedes" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Əli İbadova “saxla” işarəsi verib.

"Araşdırmalarla sürücünün narkotiklərin təsiri altında və sürücülük hüququ olmadan avtomobili idarə etdiyi müəyyən edilib. Ə.İbadov barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən o, 15 gün müddətinə inzibati qaydada həbs edilib", - məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Beyləqanda narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Astarada narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bərdədə narkotikin təsiri altında mikroavtobus sürən şəxs həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəkidə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər