Maştağada 37 yaşlı kişinin qətlə yetirilməsi faktı ilə bağlı cinayət işi başlanılıb, şübhəli şəxs saxlanılıb - YENİLƏNİB
Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Bu barədə "Sizinxeber.az"a Sabunçu rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, oktyabrın 13-də saat 23 radələrində 1987-ci il təvəllüdlü Səid Əhmədovun aldığı xəsarətdən yerləşdirildiyi xəstəxanada ölməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 2003-cü il təvəllüdlü Məmmədəli Əmirxanovun aralarında yaranmış mübahisə zamanı Səid Əhmədova bıçaqla xəsarət yetirməsi nəticəsində sonuncunun həmin gün yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Məmmədəli Əmirxanov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam etdirilir.
Oktyabrın 13-ü gecə saatlarında paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində 1987-ci il təvəllüdlü Səid Əhmədova kəsici alətlə xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən yerləşdirildiyi tibb müəssisəsində ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən “Sizinxeber.az”a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Məhəmmədəli Əmirxanov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Sabunçuda yetkinlik yaşına çatmayan şəxsin ölməsi faktı üzrə cinayət işi başlanıb
Göyçayda 26 yaşlı kişi qətlə yetirilib, cinayət işi başlanılıb - YENİLƏNİB
Bakıda ərinin bıçaqladığı qadın iki gün sonra ölüb, cinayət işi başlanılıb - YENİLƏNİB
Bakıda kişi arvadını öldürməkdə şübhəli bilinir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
