sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Tovuz şərab zavodu yanır
Tovuzda yanğın hadisəsi baş verib.
Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb.
Belə ki orada yerləşən şərab zavodunda anidən yanğın olub. Dərhal hadisə yerlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın güclü olduğundan qonşu rayonlardan Şəmkir, Ağstafa və Qazax rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvələri cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər gedir.
Oxşar xəbərlər
Şəmkirdə ev yanib - FOTO
Göygöldə ikimərtəbəli ev yanıb
Bakıda qarajda yanğın olub
Ucarda mərkəzi bazarda başlayan yanğın söndürülüb - FOTOLENT - YENİLƏNİB-2
Ucarda mərkəzi bazarda yanğın başlayıb - FOTOLENT - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













