Ucarda mərkəzi bazarda başlayan yanğın söndürülüb - FOTOLENT - YENİLƏNİB-2
Ucarın mərkəzi bazarındakı yanğının söndürülməsinə Ucar, Göycay, Ağdaş rayonlarından yanğınsöndürənlər cəlb olunub.
Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, 500 kvadratmetr sahədə olan 8 maqazin və 1 kafe yanıb.
Ölən və xəsarət yoxdur.
Yanğın söndürülüb. Yanğınsöndürənlərin səyi nəticəsində digər tikililər yanğından mühafizə olunub
***
18:54
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Ucar şəhərində bazar ərazisində yanğın olması barədə ilkin məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Sizinxeber.az-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
18:30
Ucarda mərkəzi bazar yanır.
ÀPA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 18 radələrində bazarda güclü yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.
Oxşar xəbərlər
Ucarda mərkəzi bazarda yanğın başlayıb - FOTOLENT - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səbaildə açıq sahədə yanğın tam söndürülüb - YENİLƏNİB-1 - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səbaildə açıq sahə yanır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səbaildə açıq sahə başlayan yanğın məhdudlaşdırılıb - YENİLƏNİB - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda mənzildə yanğın olub, yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












