Bakıda zibil qutularının yanında baltalanmış kişi tapılıb
sizinxeber.az xəbər saytı

Bakıda zibil qutularının yanında baltalanmış kişi tapılıb


Bakının Nərimanov rayonunda 37 yaşlı kişi baltalanıb.

APA xəbər verir ki, hadisə Təbriz küçəsində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü İbrahimov Azər Şaban oğlu qolundan və kürəyindən balta xəsarətləri alıb.

Küçədən keçən şəxslər onu zibil qutularının yanında aşkar edərək polisə məlumat verib.

A.İbrahimovun ağır yaralı olduğu aşkarlanıb. Yaralı dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Verilən məlumata görə, o yaxınları ilə birlikdə restoranda yeyib-içdikdən sonra dava zamanı balta xəsarətləri alıb.

Hazırda fakt araşdırılır.

Oxşar xəbərlər

Bakıda yaşlı kişi dava zamanı bıçaqlanıb
Bakı sakini ülgüclə intihara cəhd edib
Bakıda yeniyetmə 4-cü mərtəbədən yıxılaraq komaya düşüb
Bakıda gənc oğlan dava zamanı bıçaqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər