Hacıqabula yağan yağışlar nəticəsində evləri su basıb - FOTO - VİDEO - YENİLƏNİB
Hacıqabulda dağlara yağan intensiv yağışlar şəhərdə ciddi fəsadlar törədib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, saat 2 radələrində dağlara yağan aramsız sel yağışları şəhərin əksər hissələrini su altında qoyub.
Yüzlərlə evin həyəti su altında qalıb. Şəhərdaxili yollar, şəhərin mərkəzi, şəhər polis şöbəsinin ətrafı 1 metrə qədər su altında qalıb. Şirvan-Hacıqabul dəmir yolu xəttinin 30 metrə qədər hissəsi dağılıb. Bəzi istiqamətlərdə elektrik verilişi dayandırılıb. Bir neçə yerdə transformatorları su basıb. Rayon icra hakimiyyəti tədbirlər görür və təbiət hadisəsinin törətdiyi fəsadları nəticəsi barədə açıqlama verəcəkləri gözlənilir.
***
17:09
Hacıqabul şəhərinə aramsız yağan yağışlar fəsadlara səbəb olub.
APA-nın yerli bürosu xəbər verir ki, nəticədə 200-ə yaxın evi su basıb.
Rayon ərazisindən keçən dəmir yolu xəttinə zərər dəyib. Hazırda qatarların hərəkətində fasilə yaranıb.
Oxşar xəbərlər
Hacıqabula yağan yağışlar nəticəsində 200-ə yaxın evi su basıb - FOTO - VİDEO
Şinçayından sel keçib
Leysan yağışları Şəkinin bir sıra kəndlərində fəsadlar törədib
Qəbələdə aramsız yağan yağışlar bir sıra fəsadlara səbəb olub - FOTO
Qəbələdə aramsız yağan yağışlar bir sıra fəsadlara səbəb olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













