Komissiya: Separatçı rejim antiterror əməliyyatına qədər Xocavənd, Xocalı və Ağdərədə kütləvi məzarlıqları məhv edib
“Üçtərəfli Bəyanatın imzalanmasından 2023-cü il sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatına qədər olan müddətdə separatçı rejim tərəfindən Dövlət Komissiyasına və BQXK-ya məlum olan bir neçə kütləvi məzarlıq məqsədyönlü şəkildə məhv edilib. Buna misal kimi Xocavənd rayonu, Qaradağlı kəndi, Xocalı rayonu, Dəhraz kəndi və Ağdərə rayonu, Sırxavənd kəndində Dövlət Komissiyasına məlum olan məzar yerlərini göstərmək olar”.
Sizinxeber.az xəbər verir ki, bunu “Ailələrin “həqiqəti bilmək” hüququnun müdafiəsi və onların ehtiyaclarının qarşılanması” mövzusunda paneldə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Qəzənfər Əhmədov deyib.
O bildirib ki, hazırda Dövlət Komissiyasının qarşısında duran əsas vəzifə I və II Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsidir: “Dövlət Komissiyası itkin şəhidlərin taleyinin aydınlaşdırılmasını yalnız dövlət büdcəsindən ayrılan vəsait hesabına edir. Dünyada isə bəzi təşkilatlar buna vəsait ayırır. Təəssüf ki, biz hələ belə donor təşkilatlardan dəstək almamışıq”.
Oxşar xəbərlər
Dövlət Komissiyası: Qarabağda bir neçə kütləvi məzarlıq məqsədyönlü şəkildə məhv edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Komissiyasında itkin düşmüş şəxslərin siyahısına 84 nəfər əlavə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
İtkin düşmüş şəxslərlə bağlı Bakıda növbəti beynəlxalq konfrans keçirilib - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












