Bakıda məktəbin qazanxanasında kiçik həcmli partlayış olub, bir nəfər xəsarət alıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Bakıda məktəbin qazanxanasında kiçik həcmli partlayış olub, bir nəfər xəsarət alıb - YENİLƏNİB


Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:30 radələrində Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi ərazisindən çağırış daxil olub.

TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Qeyd olunub ki, təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 27 yaşlı (kişi) şəxs hər iki qolun, kürəyin 1-ci dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə təxliyə olunub: "Yanıq Mərkəzinə hospitalizasiya olunan şəxsə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb".

12.02

Payız-qış mövsümünə hazırlıq çərçivəsində podratçı şirkətin əməkdaşları 42 nömrəli tam orta məktəbin qazanxanasına ilkin baxış keçirərkən kiçik həcmli partlayış olub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq məktəbdən bildirilib.

Qeyd olunub ki, dərhal müvafiq dövlət qurumlarına məlumat verilib: "Aidiyyəti mütəxəssislər tərəfindən qazanxanaya baxış keçirilib, zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisənin səbəbləri müvafiq mütəxəssislər tərəfindən müəyyən ediləcək. Qazanxanaya ciddi ziyan dəyməyib, hazırda məktəbdə dərslər normal qaydada davam edir".

Oxşar xəbərlər

Bakıda məktəbin qazanxanasıda partlayış olub, xəsarət alan var
Güclü külək səbəbindən üç nəfər xəsarət alıb: Birinin vəziyyəti ağırdır
Binəqədi rayonunda baş verən yanğında altı nəfər xəsarət alıb
Bakıda yol qəzası olub, 3 nəfər xəsarət alıb
TƏBİB Bakıdakı yanğınla bağlı məlumat yaydı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər