Kəngərlidə mülki müdafiə dəstələrinin zəlzələyə hazırlığı yoxlanılıb
Naxçıvan Fövqəladə Hallar Nazirliyi və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təkilatçılığı ilə “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqi keçirilib.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, məqsəd mülki müdafiə dəstələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlıq səviyyəsinin yoxlanılması olub.
Məşqə Kəngərli rayonunun mülki müdafiə rəhbəri, rayon fövqəladə hallar üzrə komissiyası, mülki müdafiə qərargahı, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri, idarə, müəssisə və təşkilatlar cəlb olunub.
Plana əsasən, rayonda “şərti” zəlzələ baş verib. Bu səbəbdən rayon ərazisində “şərti” dağıntılar olub, hadisə nəticəsində “ölən” və “xəsarət” alanlar var. Bu məqsədlə hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri fövqəladə hal barədə xəbərdar edilib, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılıb, toplanma məntəqəsinə yürüş edilib.
Əvvəlcə əraziyə hərəkət üçün uçqun nəticəsində dağılan yol bərpa olunub, ilkin baxış və kəşfiyyat aparılıb. Hüquq-mühafizə orqanları tərəfindən ərazinin mühafizəsini təşkil olunub. Əraziyə kənar şəxslərin daxil olmasının qarşısını alınıb. Sonra fövqəladə hal zamanı yarana yanğınlar söndürülüb və xəsarət alan insanlar təxliyə olunub.
“Şərti” zəlzələ nəticəsində dağıntılar altında qalan vətəndaşlar xilas edilərək tibb heyətinə təhvil verilib. Xəsarət alanlara ilkin tibbi yardım göstərilib və səhiyyə ocaqlarına çatdırılması təmin edilib.
Ərazidəki qəzalı elektrik, qaz və su xətlərində təmir-bərpa işləri aparılıb və epidemiya əleyhinə tədbirlər görülüb.
Mülki müdafiə məşqinə ümumilikdə 125-dən artıq şəxsi heyət və 20-dən artıq texnika cəlb olunub.
Oxşar xəbərlər
FHN-in Sumqayıt Regional Mərkəzi tərəfindən obyekt mülki müdafiə məşqi keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İmişlidə FHN-nin Muğan Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Müdafiə Nazirliyi: Mülki əhali və mülki infrastruktur obyektləri hədəfə alınmır [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN Sumqayıtda mülki müdafiə məşqi keçirib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdaşda mülki müdafiə məşqi keçirilib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













