Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO - YENİLƏNİB


Sentyabrın 24-də saat 14:50 radələrində Bəhrəmtəpə-Biləsuvar yolununda Pərviz Hüseynovun idarə etdiyi "VAZ 21010" markalı minik avtomobili ilə N.Mehtiyevin idarə etdiyi "MAN" markalı yük avtomobili toqquşub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sizinxeber.az-nın cənub bürosuna verilən məlumatda bildirilib ki, qəza nəticəsində sürücü və sərnişinlər - Hüseynov Pərviz Allahşükür oğlu (1994), Hüseynova Xoşbəxt Arif qızı (1991), İsmayılova Mehriban Hüseyn qızı (1955), Hüseynova Aidə Yasər (1990) və İsayev Vasif Əkbər oğlu (1995) ölüb.

Araşdırma aparılır.

Sizinxeber.az-nın əldə etdiyi məlumata görə, ölənlərin hamısı Cəlilabad rayonunun sakinləridir və onlar yaxın qohumdurlar.

Xoşbəxt Hüseynova toyu planlaşdırılan oğlanın bacısıdır.

***

15.35

Biləsuvarda ağır yol qəzası olub.

Sizinxeber.az-nın cənub bürosunun verdiyi məlumata görə, Bəhrəmtəpə-Biləsuvar yolunda "Lada-012"markalı minik avtomobil "MAN" markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində olan 4 nəfər hadisə yerində ölüb, bir nəfər xəsarət alıb.

Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb. Həmin şəxsin xəstəxanada öldüyü bildirilir.

İlkin məlumata görə, qəzada ölənlər Cəlilabad rayon sakinləridir. Onlar toy karvanında Ağcabədidən gəlin gətirirmişlər.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO
Biləsuvarda minik maşını traktorla toqquşub, 4 nəfər xəsarət alıb
Lənkəranda baş verən qəzada iki nəfər xəsarət alıb - FOTO
Lənkəranda baş verən qəzada xəsarət alanların sayı artıb - FOTO - YENİLƏNİB
Ucarda iki minik maşını toqquşub, xəsarət alanlar var - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle