Ucarda yol qəzası olub, ölən və xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Ucar rayonunun Müsüslü kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Sizinxeber.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “DAF” markalı yük avtomobilinin “Mitsubishi” markalı minik avtomobilinə çırpılması nəticəsində 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
09.19
Ucarda yol-nəqliyyat hadisəsi olub, ölən və xəsarət alan var.
Sizinxeber.az-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.
Yük maşını ilə minik maşını toqquşub. Hadisə zamanı 1 nəfər ölüb və 2 nəfər xəsarət alıb.
Fakt araşdırılır.
Oxşar xəbərlər
Sabirabadda yol qəzası olub, xəsarət alan var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
