Ağdərədə yanğınsöndürmə avtomobili qəza edib, ölən və xəsarət alanlar var - YENİLƏNİB
14 sentyabr 2024-cü il tarixində saat 13:00 radələrində Ağdərə rayonu, Çardaqlı kəndində açıq ərazidə baş vermiş yanğının söndürülməsinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 1 ədəd “Kamaz” markalı yanğınsöndürmə avtomobili qəza edib.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan yanğınsöndürən - 1983-cü il təvəllüdlü Allahverdiyev Elsevər Qəşəm oğlu həyatını itirib, 4 nəfər yanğınsöndürən isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alan yanğınsöndürənlər müvafiq tibbi yardımın göstərilməsi məqsədilə təcili olaraq Nazirliyin Aviasiya dəstəsinin helikopteri ilə həkimlərin müşayiəti altında Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə təxliyə olunublar.
Ağdərə rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, nəqliyyat vasitəsinin yoldan çıxaraq aşması nəticəsində bir nəfər - 1983-cü il təvəllüdlü, Gədəbəy rayon sakini Allahverdiyev Elsevər Qəşəm oğlu dünyasını dəyişib.
Hazırda qəzanın tam təfərrüatları araşdırılır.
Oxşar xəbərlər
Qubada yol qəzasında yaralananların son durumu açıqlanıb - YENİLƏNİB-2
Şəkidə yol qəzası olub, xəsarət alan var
Sabirabadda minik və yük avtomobilləri toqquşub, xəsarət alan var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
