Şəkidə yol qəzası olub, xəsarət alan var
sizinxeber.az xəbər saytı

Şəkidə yol qəzası olub, xəsarət alan var


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki rayonunun Şəki kəndində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə “Report”a FHN-in Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Toyota" və “Ford” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində "Toyota"nın sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sərnişini xüsusi vasitələrin köməyi ilə xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Oxşar xəbərlər

Sabirabadda minik və yük avtomobilləri toqquşub, xəsarət alan var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabirabadda yol qəzası olub, xəsarət alan var [xfgiven_updateblue][/xfgiven_updateblue]
İmişlidə yol qəzasında avtomobildə sıxılı vəziyyətdə qalmış vətəndaş xilas edilib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeni Saray qəsəbəsində yük avtomobili ilə avtobus toqquşub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda avtomobil ağaca çırpıldı: xəsarət alan var [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər