Qubada yol qəzasında yaralananların son durumu açıqlanıb - YENİLƏNİB-2
sizinxeber.az xəbər saytı

Qubada yol qəzasında yaralananların son durumu açıqlanıb - YENİLƏNİB-2


Bu gün səhər saat 08:00 radələrində Quba-Xaçmaz yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə 12 nəfər (7-si qadın, 5-i kişi olmaqla) müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.

TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, yaralıların hər birinə zəruri tibbi xidmət göstərilib, hazırda müalicələri tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir.

Qeyd olunub ki, onlardan 6 nəfərin vəziyyəti ağır, digər 6 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq qiymətləndirilir.

Xatırladaq ki, qəza nəticəsində 1957-ci il təvəllüdlü qadının həkiməqədər ölüm faktı qeydə alınıb.

10.17

Qubada baş verən qəza zamanı bir nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Quba regional qrupundan məlumat verilib.

09:49

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan “Report”a verilən məlumata görə, avqustun 29-u səhər saatlarında Quba rayonunun Hacıhüseynli kəndi ərazisində “Mercedes” markalı sərnişin mikroavtobusu ilə “Chevrolet” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 1 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Qubada sərnişin mikroavtobusu ilə avtomobil toqquşmasında xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qubada mikroavtobus avtomobillə toqquşub, bir nəfər ölüb, 12 nəfər xəsarət alıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qubada mikroavtobus avtomobillə toqquşub, ölən və yaralılar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib, 1 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qubada sərnişin mikroavtobusu ilə avtomobil toqquşub, 1 nəfər ölüb, 12 nəfər xəsarət alıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər