Şəkidə minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Şəkidə minik avtomobilləri toqquşub, xəsarət alanlar var.
Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 18 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd avtomobil yolunun Şəki rayonu Şəki kəndi ərazisindən keçən hissəsində baş verib.
1967-ci il təvəllüdlü Eldar Əfsər oğlu Umarova məxsus “Ford” markalı 90-SZ-288 dövlət qeydiyyat nişanlı minik avtomobillə 1992-ci il təvəllüdlü Bəxtiyar Elşad oğlu Rəhimliyə məxsus "Toyota" markalı 77-MO-427 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşub.
Qəza zamanı üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan bir nəfər sərnişin (cinsi kişi) “Toyota” markalı avtomobildə sıxılmış vəziyyətdə qalıb. Sərnişin hadisə yerinə cəlb edilmiş Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Qəza zamanı müxtəlif dərəcəli xəsarət alan şəxslər Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. Hazırda yaralılara tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Zaqatalada iki minik avtomobili toqquşub, ölən və yaralananlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaqatalada iki minik avtomobilinin toqquşması nəticəsində ərlə arvad ölüb - YENİLƏNİB 1 - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Salyanda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qaxda iki avtomobil toqquşub, xəsarət alan var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəkidə baş verən ağır yol qəzasında iki nəfər ölüb - FOTOLENT - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












