Qəbələdə ətraf mühiti çirkləndirənlər cəzalandırılıb
Qəbələdə ətraf mühitin mühafizəsi və sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə profilaktik tədbirlər keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Sizinxeber.az”a bildirilib ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı vətəndaşlara məişət tullantılarının və tütün məmulatlarının urnalardan kənar yerlərə atılması, tullantıların qalaqlanması, eləcə də istirahət mərkəzlərinin zibillənməsi hallarına yol verilməməsi barədə xəbərdarlıq edilib. Edilən xəbərdarlıqlara məhəl qoymayan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Həmçinin, şəhərin bir neçə küçə və prospektində məişət tullantılarının qalaqlanması aşkar edilib ki, polisin müşayiəti ilə həmin ərazilərdəki antisanitar vəziyyət aidiyyəti qurumun əməkdaşları tərəfindən aradan qaldırılıb.
Bu istiqamətdə tədbirlər mütəmadi davam etdirilir.
Oxşar xəbərlər
Lerikdə sanitariya qaydalarının pozulması hallarına qarşı nəzarət gücləndirilib
Sanitariya-gigiyena qaydaları ilə bağlı tədbirlər gücləndirilib
Xocalıda təmizlik qaydalarının təmin olunması istiqamətində tədbirlər görülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
-
Şimali Koreya lideri yeni esminesin dəniz sınaqlarını yoxlayıb
-
DİN: Ötən gün 10 silah aşkarlanaraq götürülüb
-
Azərbaycanda ilk qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası Ağstafada istifadəyə verilib
-
Finlandiya immiqrantlar üçün işsizlik müavinətlərini azaltmağı planlaşdırır
-
Almaniya ilə Azərbaycan "yaşıl hidrogen" üzrə yeni layihə hazırlayır - EKSKLÜZİV
