DİN əməliyyat keçirib, 38 kiloqram narkotik dövriyyədən çıxarılıb
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklə Mübarizə İdarəsi əməliyyat keçirib, 38 kiloqram narkotik dövriyyədən çıxarılıb.
Bu barədə “Report”a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən əməliyyatlarla mütəşəkkil dəstə üzvləri əvvəllər dəfələrlə məhkum olunmuşlar Elçin Həmzəyev, Hüseyn Fətullayev və tanışı Seyfət Pənahov saxlanılıblar. Məlumata görə, onların üzərindən və avtomobillərindən 38 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və tiryək aşkarlanıb.
"Saxlanılan şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti araşdırılan İran vətəndaşlarından əvvəlcədən müəyyənləşdirilən məkanlardan götürərək satışını həyata keçirməyi və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar. Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə onlar barəsində həbs-qətimkan tədbirləri seçilib. E.Həmzəyev, H.Fətullayev və tanışı S.Pənahovla əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Narkotik satışına görə 3 nəfər həbs olunub, 38 kq marixuana və tiryək götürülüb
Narkotik satışına görə 3 nəfər saxlanılıb, 38 kq marixuana və tiryək götürülüb
İran vətəndaşından əldə edilən 41 kiloqram narkotik dövriyyədən çıxarılıb, iki nəfər həbs olunub
DİN əməliyyat keçirib, üç şəxsdən 35 kiloqram narkotik aşkarlanıb
DİN əməliyyat keçirib, 70 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













