Azərbaycanın konstitusion quruluşuna qarşı cinayətlər təşkil edən şəxsin məhkəməsi başlayır
Azərbaycan vətəndaşı İmamverdi Əhmədov barəsində cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə icraata götürülüb, məhkəmənin hazırlıq iclası sentyabrın 4-nə təyin edilib.
"Sizinxeber.az"un əldə etdiyi məlumata görə, İmamverdi Əhmədovun Cinayət Məcəlləsinin 28,278.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqı Dövlət Təhlükəsizliyi Xidmətində aparılıb.
Belə ki, ittihama əsasən, İmamverdi Əhmədov 2023-cü ilin aprel ayından etibarən özü ilə eyni radikal dini əqidəyə malik şəxsləri ətrafına toplamaq, Azərbaycan ərazisində iğtişaşlar törətmək, hakimiyyət nümayəndələrinə qarşı zorakılıq hərəkətləri etməklə ölkə ərazisində konstitusiya quruluşunun zorakı yollarla dəyişdirilməsi və eyni məqsədlə müxtəlif şəxslərə silahlı təlimlər təşkil edilməsi istiqamətində fəaliyyət göstərib, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş əməliyyat tədbirlər zamanı cinayət əməllərinin qarşısı alınaraq saxlanılıb.
Oxşar xəbərlər
Dövlətin konstitusion quruluşuna qarşı cinayətlər təşkil edən şəxsin məhkəməsi başlayır
Ermənistan xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq etməkdə təqsirli bilinən şəxslərə hökm oxunub
Ermənistan xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıqda təqsirli bilinən şəxslərə hökm oxunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
