Dövlətin konstitusion quruluşuna qarşı cinayətlər təşkil edən şəxsin məhkəməsi başlayır » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
avq
2024
10:30
0
0
1 478

Dövlətin konstitusion quruluşuna qarşı cinayətlər təşkil edən şəxsin məhkəməsi başlayır

30 avq, 2024
10:30
1 478

Dövlətin konstitusion quruluşuna qarşı cinayətlər təşkil edən şəxsin məhkəməsi başlayır


Azərbaycan Respublikasının vətəndaşı İmamverdi Əhmədov barəsində cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə icraata götürülmüş, məhkəmənin hazırlıq iclası 4 sentyabr 2024-cü il tarixinə təyin edilmişdir.

"Sizinxeber.az" xəbər verir ki, İmamverdi Əhmədovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,278.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqı Dövlət Təhlükəsizliyi Xidmətində aparılıb.

Belə ki, ittihama əsasən, İmamverdi Əhmədov 2023-cü ilin aprel ayından etibarən özü ilə eyni radikal dini əqidəyə malik şəxsləri ətrafına toplamaq, Azərbaycan Respublikasının ərazisində iğtişaşlar törətmək, hakimiyyət nümayəndələrinə qarşı zorakılıq hərəkətləri etməklə ölkə ərazisində konstitusiya quruluşunun zorakı yollarla dəyişdirilməsi və eyni məqsədlə müxtəlif şəxslərə silahlı təlimlər təşkil edilməsi istiqamətində fəaliyyət göstərmiş, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş əməliyyat tədbirlər zamanı cinayət əməllərinin qarşısı alınaraq saxlanılmışdır.

Bizimlə əlaqə saxlayın