Saxta yuyucu vasitələr istehsalında ittiham olunan sahibkar bəraət alıb
Azərbaycanda saxta və yararsız yuyucu vasitələr, şampun, maye sabun və digər məhsulların istehsalında təqsirli bilinən müəssisə rəhbəri Rövşən Nəriman oğlu İsmayılovun apellyasiya şikayətinə baxılıb.
APA xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, R. İsmayılova Cinayət Məcəlləsinin 200.2.3, 308.2 maddələri üzrə bəraət verilib, CM 29, 200.2.3-cü maddələri üzrə birinci instansiya məhkəməsinin hökmü qismən ləgv olub.
Fiziki şəxs kimi fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rövşən Nəriman oğlu İsmayılov yuyucu vasitələri, şampun, maye sabun və digər məhsulların saxta və yararsız istehsalında təqsirli bilinib.
Barəsində Cinayət Məcəlləsinin 200.2.3 və 29,200.2.3 maddələri ilə cinayət işi açılan sahibkar ümumilikdə 232.750 manat dəyərində keyfiyyətsiz mal satıb, istehlakçıları aldadmaqda ittiham edilib.
Həmin məhsullar müvafiq müqavilələr əsasında Bakı, Sumqayıt və ölkənin rayonlarda fəaliyyət göstərən iri ticarət obyektlərinə və marketlərə satılıb.
Rövşən İsmayılov məhkəmədə özünü təqsirli bilməyib.
Məhkəmənin qərarı ilə iş adamı 1 il 6 ay müddətində dövlət, yerli özünüidarəetmə orqanlarında və kommersiya təşkilatlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilib, 8000 manat cərimə olunub.
Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökmü çıxarılıb.
Həmçinin müxtəli ünvanlarda aşkar edilmiş külli miqdarda istifadə müddəti bitmiş məhsulun məhv edilməsinə qərar verilib.
Maddi sübut olan və Baş Prokurorluğun Azərbaycan Beynəlxalq Bankında olan depozit seyfində saxlanılan Rövşən İsmayılova məxsus 6582 manat, 48618 manat, 46198 dollar, 1225 avro, 95 ingilis funt-sterlinqi, 45000 İran rialı, 5 dinar, 1000 rus rublu dövlət nəfinə müsadirə edilib.
Oxşar xəbərlər
Cəlilabad arxiv idarəsinin rüşvətə görə tutulan müdirinin cəzası azaldılıb
Külli miqdarda dələduzluqda ittiham olunan və məhkəmədən bəraət alan şəxs yenidən həbs edilib
Məhkəmə İlkin Süleymanovla bağlı qərar verib
124 min manatlıq dələduzluq işində bəraət alan şəxsin hökmü ləğv edilib, məhkəmə zalından həbs olunub
DTX və DSX-dan əməliyyat: İran vətəndaşlarının qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirdiyi külli miqdarda narkotik götürülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
İsrail ordusu Livanın cənubunda daha bir zabitini itirib
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
Qrossi: BƏƏ-dəki AES-ə hücum kütləvi radiasiya yayılmasına səbəb ola bilər
-
Vens: ABŞ dünyanın jandarmı olmaq istəmir
