Cəlilabad arxiv idarəsinin rüşvətə görə tutulan müdirinin cəzası azaldılıb
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq həbs edilən Cəlilabad rayon Dövlət Arxiv idarəsinin müdiri İskəndərov Toğrul Çapar oğlu və Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bağır Şirəliyevin kassasiya şikayətinə baxılıb.
APA xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsəsan Toğrul İskəndərovun cəzası 4 il 3 aydan 3 il 6 aya endirilib.
Bağır Şirəliyevlə bağlı hökm dəyişdirilmədən saxlanılıb.
Xatırlatma: Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon Dövlət Arxivinin müdiri İskəndərov Toğrul Çapar oğlu xidməti vəzifəsinin icrası ilə əlaqədar vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb.
Müəyyən edilib ki, Toğrul İskəndərov qeyd olunan vəzifədə işləyərkən tanışı Bağır Şirəliyevlə qabaqcadan əlbir olaraq 2022-ci ilin avqust ayı ərzində vətəndaşın adına torpaq sahəsi ayrılmasına dair arxivdə olan sənədlər əsasında müvafiq arayışın verilməsi müqabilində rüşvət alıb. Habelə, Toğrul İskəndərovun qabaqcadan əlbir olduğu Bağır Şirəliyevlə birlikdə ayrı-ayrı vətəndaşlara müvafiq qurumlarda iş stajlarının olması barədə saxta arayışlar təqdim edərək onların 11 min 500 manat məbləğində pul vəsaitlərini ələ keçirməsinə, qeyd edilən qanunsuz hərəkətləri ilə vətəndaşları vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə də əsaslı şübhələr müəyyən edilib. İlkin sübutlar əsasında Toğrul İskəndərov və Bağır Şirəliyevə Cinayət Məcəlləsinin müvafiq olaraq 311.1 (rüşvət alma), 32.4 312.2 (rüşvət verməyə təhrik etmə), 178.2.1, 178.2.2, 178.2.3 (dələduzluq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə təkrar törədildikdə ) və digər maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə Toğrul İskəndərov barəsində həbs, Bağır Şirəliyev barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Toğrul İskəndərov 5 il və Bağır Şirəliyev isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti qismən təmin edilib. Toğrul İskəndərova 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Oxşar xəbərlər
Baş prokuror: Korrupsiya cinayəti törədən 25 nəfər cinayət başında yaxalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çağırışçıya xidmətə yararsız olması barədə hərbi bilet vəd olunması ilə bağlı cinayət işi açılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
DİN əməliyyat keçirib, narkoşəbəkənin daha 35 üzvü saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş nazirdən Milli Arxiv İdarəsi ilə bağlı qərar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












