Külli miqdarda dələduzluqda ittiham olunan və məhkəmədən bəraət alan şəxs yenidən həbs edilib
Külli miqdarda dələduzluqda ittiham olunan, daha sonra məhkəmə tərəfindən bəraət alan şəxs yenidən həbs edilib.
"Sizinxeber.az" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət alan Məhərrəmov Vüqar Elşad oğlu barəsində prokurorun verdiyi prostestə baxılıb.
Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, prokurorun protesti haqlı hesab edilərək təmin edilib.
Belə ki, Vüqar Məhərrəmovla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilən bəraət hökmü ləğv edilib. Yeni hökm ilə V. Məhərrəmov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs edilib.
Qeyd edək ki, V.Məhərrəmov 92 min manat dələduzluq etməkdə ittiham olunur. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham olunur.
Oxşar xəbərlər
Məhkəmə 500 min manatdan çox dələduzluqda ittiham olunan univerisitet müəllimi və dostu barədə qərar qəbul edib
Rüşvət alan gömrükçü haqda fərqli qərarlar - Azadlığa buraxıldı
Ermənistana casusluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı
Külli miqdarda mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ”nin sabiq baş direktorunun məhkəməsi başlayıb
Bakıda 800 minlik dələduzluq: 3 dövlət qurumu zərər gördü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












