

DTX və DSX-dan əməliyyat: İran vətəndaşlarının qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirdiyi külli miqdarda narkotik götürülüb
Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasının vətəndaşları tərəfindən Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilmiş külli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb.
Sizinxeber.az xəbər verir ki, görülmüş təxirəsalınmaz tədbirlərlə qeyd olunan xarici ölkənin vətəndaşlarının Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yol kənarındakı yaşıllıq ərazidə gizlətdikləri və ümumilikdə 74 kq 163 qr çəkisi olan qurudulmuş marixuananı həmin ərazidən götürüb oradan uzaqlaşarkən Azərbaycan Respublikasının vətəndaşları - 1982-ci il təvəllüdlü Qasımov Vəli Mahir oğlu, 1988-ci il təvəllüdlü İsgəndərov İsgəndər Cəfər oğlu, 1993-cü il təvəllüdlü Süleymanzadə Aqşin Yusifəli oğlu və vətəndaşlığı olmayan 1982-ci il təvəllüdlü Daşdəmirov Çingiz Fakralı oğlu cinayət başında yaxalanıb.
Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı) maddələri ilə cinayət işi başlanılıb və adıçəkilən şəxslər cinayət məsuliyyətinə cəlb edilib.
Hazırda araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb - VİDEO
Qanunsuz dövriyyədən çıxarılan külli miqdarda narkotik vasitə məhv edilib - VİDEO
Qazaxda narkotik yetişdirən şəxs saxlanılıb
Qusarda narkotik satışına görə 2 nəfər tutulub
Bakıda narkotik satışını təşkil edən şəxslər saxlanılıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
