sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Deputatlığa namizəd Nəsiman Yaqublu yol qəzasında ölüb
Bu gün saat 19 radələrində Cəbrayıl rayonu ərazisində sürücü Nəsiman Yaqublu "Nissan" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək maşını yol kənarına aşırıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Sizinxeber.az”un sorğusuna cavab olaraq bildirilib ki, N.Yaqublu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.
Tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Bakı Dövlət Universitetində müəllim işləyən Nəsiman Yaqublu tarixçi-professordur. O, Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəd olub və Zəngilandan seçicilərlə görüşdən qayıdan zaman yol qəzasına düşüb.
Oxşar xəbərlər
Professor Nəsiman Yaqublu yol qəzasında ölüb - YENİLƏNİB
TƏBİB: “Tibbi müdaxilələrə baxmayaraq Nəsiman Yaqublunun həyatını xilas etmək mümkün olmayıb”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
