Fatmayıda 20 yaşlı qızı qətlə yetirən 62 yaşlı müəllimə hökm oxunub
Abşeron rayonunda 20 yaşlı qızı qətlə yetirməkdə təqsirli bilinən Eynulla Quliyevin cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Sizinxeber.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Samir Məmmədov E.Quliyevin 10 il 6 ay azadlıqdan məhrum olunmasını istəyib.
Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən, E.Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2023-cü il dekabr ayının 12-də Fatmayı kəndində baş verib.
Eynulla Quliyev 1994-cü il təvəllüdlü tanışı Arzu Rəhimova ilə mübahisə edib. Mübahisədən sonra isə o, tanışını qətlə yetirib.
E.Quliyev Şamaxı şəhərindəki kolleclərin birində müəllim işləyib. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 120.1-ci maddəsiylə ittiham elan olunub.
Oxşar xəbərlər
“Təfəkkür” Universitetinin prorektorunun qətlini sifariş verməkdə ittiham olunan şəxslərlə bağlı məhkəmə başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
