Gədəbəydə 29 yaşlı gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Gədəbəydə 29 yaşlı gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində X. Piroğlanova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən, Mingəçevir şəhər sakini Oruc Abdullayev saxlanılaraq istintaqa təhvil verilib
***
20:27
Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.
Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb.
1995-ci il təvəllüdlü Xəyal Güloğlanov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, yaralıya yardım edilib.
Vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, 29 yaşlı kişi tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Gədəbəydə 29 yaşlı gənc bıçaqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
-
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
