Goranboyda qəza olub, xəsarət alanlar var
sizinxeber.az xəbər saytı

Goranboyda qəza olub, xəsarət alanlar var


Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Goranboy-Goran yolunda qeydə alınıb.

Hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobusun qarşısına digər avtomobil çıxıb.

Nəticədə idarəetmədən çıxan mikroavtobus yol nişanına çırpılıb.

Qəza zamanı 4 nəfər müxtəlif bədən xəsarətləri alıb.Yaralılara yardım edilib, daha sonra onlar evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər