Bakıda bir qohumunu öldürən, digərini bıçaqlayan şəxsə hökm oxunub
sizinxeber.az xəbər saytı

Bakıda bir qohumunu öldürən, digərini bıçaqlayan şəxsə hökm oxunub


Bakıda bibisi qızını bıçaqlamaqda, digər qohumunu qətlə yetirməkdə təqsirləndirilən Kamal Baxşıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sizinxeber.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən Kamal Baxşıyevin 15 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Məhkəmə müşavirəyə gedib.

Müşavirədən sonra hökmü elan edilib. Hökmə əsasən, təqsirləndirilən Kamal Baxşıyev 13 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə 2026-cı ilin aprelin 4-də paytaxtın Suraxanı rayonu Zığ qəsəbəsində baş verib. Bakı sakini Kamal Baxşıyev qısqanclıq zəminində bibisi qızı Nailə Səlimovaya çoxsaylı bıçaq zərbələri endirməklə ona ağır xəsarətlər yetirib. Kamal Baxşıyev daha sonra əmisi nəvəsi Elsad Baxışovu bıçaqla qətlə yetirib.

Kamal Baxşıyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və 29.120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.

Oxşar xəbərlər

Ramanada qətlə görə tutulan yeniyetməyə hökm oxunub
Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Adam bıçaqlamaqda təqsirləndirilən keçmiş diplomata hökm oxunub
Bakıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Qadınları şantaj edərək onlardan pul almaqda ittiham olunan şəxsə hökm oxunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər