Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Bakıda 75 yaşlı kişinin başını kəsərək qətlə yetirməkdə təqsirləndirilən Zahid İsayevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
Dövlət ittihamçısı Zahid İsayevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Hökmə əsasən, Zahid İsayev 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il iyulun 20-də paytaxtın Nizami rayonunda qeydə alınıb.
1965-ci il təvəllüdlü Zahid İsayev aralarında yaranmış mübahisə zamanı 1949-cu il təvəllüdlü Tahir Əliyevin başını kəsərək qətlə yetirib.
Zahid İsayev saxlanılaraq istintaqa təhvil verilib, barəsində həbs-qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə təqsirləndirilir.
Oxşar xəbərlər
Bakıda 75 yaşlı kişinin başını kəsərək qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb
Bakıda 75 yaşlı kişini qətlə yetirən şəxsin məhkəməsi başlayıb
75 yaşlı kişinin başını kəsərək qətlə yetirməkdə təqsirləndirilən keçmiş məhkumun məhkəməsi başlayıb
Bakıda avtovağzalın girişində 25 yaşlı oğlanı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Bakıda tanışının üzünə "kislota" tökərək xəsarət yetirən qadına hökm oxunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













