

Zərdabda baş verən qəzada ölənlərdən ikisi sürücünün 3 və 14 yaşlı övladları, digəri qohumunun 4 yaşlı qızıdır - FOTO - YENİLƏNİB-2
Zərdabda baş verən qəzada ölənlərdən ikisi sürücünün 3 və 14 yaşlı qızlarıdır.
APA-nın yerli bürosunun xəbərinə görə, vəfat edən daha bir uşaq isə sürücünün yaxın qohumunun 4 yaşlı qızıdır.
***
09:39
Zərdabda baş verən qəzada ölənlərin sayı 3-ə çatıb.
APA-nın yerli bürosunun xəbərinə görə, səhər saatlarında daha 1 nəfər ölüb.
***
09:15
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirib ki, avqustun 9-da saat 23 radələrində Ağcəbədi rayon sakini Niyaməddin Quliyev idarə etdiyi "VGV U75 Plus" markalı avtomobillə Kürdəmir-Zərdab yolu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində nəqliyyat vasitəsində olan iki nəfər ölüb, sürücü və digər 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.
***
00:21
Zərdab rayon ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Zərdab rayonunun İşıqbağı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VGV U75 Plus" markalı minik avtomobili yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində 2 nəfərin öldüyü və 6 nəfərin isə xəsarət aldığı bildirilir.
Xəsarət alan şəxslər Zərdab Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Oxşar xəbərlər
Zərdabda ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı üçə çatıb - FOTO - YENİLƏNİB-1
Zərdabda ağır yol-nəqliyyat hadisəsi, ölən və yaralananlar var - FOTO
Zərdabda ağır yol-nəqliyyat hadisəsi, ölən və yaralananlar var
Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi, ölən və yaralananlar var
Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
