Zərdabda ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı üçə çatıb - FOTO - YENİLƏNİB-1
Zərdabda baş verən qəzada ölənlərin sayı 3-ə çatıb.
Sizinxeber.az-nın yerli bürosunun xəbərinə görə, səhər saatlarında daha 1 nəfər ölüb.
***
09:15
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sizinxeber.az-nın sorğusuna cavab olaraq bildirib ki, avqustun 9-da saat 23 radələrində Ağcəbədi rayon sakini Niyaməddin Quliyev idarə etdiyi "VGV U75 Plus" markalı avtomobillə Kürdəmir-Zərdab yolu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində nəqliyyat vasitəsində olan iki nəfər ölüb, sürücü və digər 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.
***
00:21
Zərdab rayon ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sizinxeber.az-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Zərdab rayonunun İşıqbağı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VGV U75 Plus" markalı minik avtomobili yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində 2 nəfərin öldüyü və 6 nəfərin isə xəsarət aldığı bildirilir.
Xəsarət alan şəxslər Zərdab Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Oxşar xəbərlər
Zərdabda ağır yol-nəqliyyat hadisəsi, ölən və yaralananlar var - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zərdabda ağır yol-nəqliyyat hadisəsi, ölən və yaralananlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi, ölən və yaralananlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ucarda qəza olub, ölən var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












