Avtomobil Samur-Abşeron kanalına düşüb, sürücünün axtarışları davam etdirilir
sizinxeber.az xəbər saytı

Avtomobil Samur-Abşeron kanalına düşüb, sürücünün axtarışları davam etdirilir


Samur- Abşeron kanalının "Şəfəq" qəsəbəsindən keçən hissəsində avtomobil kanala düşüb.

"Report" un yerli bürosunun məlumatına görə, Abusət Əliyevin idarə etdiyi avtomobil idarəetmədən çıxaraq Samur-Abşeron kanalına düşüb.

Avtomobil sudan çıxarılsa da, Abusət Əliyev tapılmayıb. Onun axtarışları davam etdirilir.

Qeyd edək ki, A.Əliyev 44 günlük Vətən müharibəsinin iştirakçısıdır.

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər