Daşkəsəndə selin ziyan vurduğu yollar və körpülər bərpa edilib
Daşkəsən rayonunda sel sularının ziyan vurduğu yollar və körpülər bərpa edilib.
"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, Daşkəsən Rayon İcra Hakimiyyəti və müvafiq qurumlar tərəfindən təbii fəlakətin vurduğu ziyanların aradan qaldırılması istiqamətində işlər davam etdirilib.
Tapan, Alaxançallı, Təzəkənd, Əmirvar və Kəmərqaya kəndlərində təbii fəlakətin ziyan vurduğu yollar və körpülər daxili imkanlar hesabına bərpa olunub. Habelə yolların keçdiyi çaylar ürzərindəki körpülər və su keçidləri sel sularının gətirdiyi palçıq və daş kütlələrindən təmizlənib, bəzi yerlərə çınqıl-torpaq örtüyü salınıb, nəqliyyatın təhlükəsiz və maneəsiz hərəkəti təmin edilib.
Qeyd edək ki, rayon ərazisinə yağan intensiv leysan yağışlarının yaratdığı güclü sel nəticəsində bir sıra kəndlərdə çaylar məcrasından çıxaraq daşıb, yollara, körpülərə və su keçidlərinə ciddi ziyan vurmuşdu.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ronald Koeman: "Yaponiya ilə matçda qələbəni əldən vermək məyusedicidir"
-
Kiyev Rusiya ordusu tərəfindən dron və raket atəşinə tutulub
-
Vens: ABŞ-İran sazişi Yaxın Şərqi 50 il ərzində dəyişdirə bilər
-
Yaponiya millisinin baş məşqçisi: "Bərabərlik qolu komandanın xarakterini göstərdi"
-
Prezident İlham Əliyev: Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycan-ABŞ münasibətlərini keyfiyyətcə yeni səviyyəyə qaldırıb
-
Tramp: ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər
