sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Rusiyada həbsdən müharibəyə göndərilən və orada həlak olan şəxsin nəşi Cəlilabada gətirilib
Rusiya-Ukrayna müharibəsində həlak olan Cəlilabad rayon sakininin nəşi Azərbaycana gətirilib.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Rusiya-Ukrayna cəbhəsində həlak olan 1999-cu il təvəllüdlü Hicran Dərya oğlu Əmənov Kazan şəhərində yaşayıb. Hicran Əmənov orada həbs edilib. Müvafiq qərara uyğun olaraq, həbsdən cəhbəyə göndərilib. H.Əmənov Rusiya ordusu sıralarında keçən ilin sonunda cəbhədə yaralanaq həlak olub.
Onun meyiti bu yaxınlarda cəbhə xəttindən götürülub və ailəsinə təhvil verilməsi üçün müvafiq prosedurlar aparılıb. H.Əmənovun nəşi bu gün anadan olduğu Şatırlı kəndində dəfn olunacaq.
Qeyd edək ki, H.Əmənov ailəli olub, bir övladı var.
Oxşar xəbərlər
Təyyarə qəzasında həlak olan sərnişinlərdən birinin nəşi ailəsinə təhvil verilib
Təyyarə qəzasında həlak olan 27 yaşlı Cəlilabad sakininin kimliyi müəyyən olunub - FOTO
Təyyarə qəzasında həlak olan sərnişinin nəşi Sumqayıtda ailəsinə təhvil verilib - FOTO
Təyyarə qəzasında həlak olan 26 yaşlı Balakən sakini dəfn olunub - YENİLƏNİB
Aktauda təyyarə qəzasında həlak olan sərnişinlərdən biri Astarada dəfn edilib - FOTO - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













