DYP qeyri-iş günləri ilə bağlı müraciət edib
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günləri ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.
İdarədən Sizinxeber.az-ya verilən məlumata görə, həftəsonu və bayramla əlaqədar qeyri-iş günlərində respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağı gözlənilir.
Xüsusilə turizm və istirahət bölgələrinə aparan yollarda təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsi hər bir hərəkət iştirakçısını məsuliyyətli olmağa çağırır. Sürücülərdən xahiş olunur ki, hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər:
"Səhhətində problem olduğu halda, eləcə də yorğun, yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsinlər. Təhlükəsiz ara məsafəsini qorusunlar və riskli ötmə manevrlərindən çəkinsinlər. Yolda nizamlanma vasitələrinin tələblərinə ciddi əməl etsinlər. Səfərə çıxmazdan öncə nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirsinlər. Unutmayaq ki, təhlükəsiz səfər hər birimizin məsuliyyətli davranışından asılıdır".
Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücülərə səfərlər zamanı ehtiyatlı olmağı və yol hərəkəti qaydalarına ciddi riayət etməyi tövsiyə edir.
Oxşar xəbərlər
Yol polisi qeyri-iş günləri ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə əlaqədar müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib
DYP səfərdən dönən hərəkət iştirakçılarına müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
