Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib, saxlanılan var
sizinxeber.az xəbər saytı

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib, saxlanılan var


Avqustun 7-də saat 20 radələrində paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü Xudaverdiyev Amin Cabbar oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən "Sizinxeber.az"a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Abdullazadə Ruhulla Cavanşir oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Oxşar xəbərlər

Bakının Xəzər rayonunda bir nəfər ov tüfəngi ilə qətlə yetirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər