Bərdədə 20 yaşlı şəxs qəbiristanlıqda asılmış vəziyyətdə tapılıb
sizinxeber.az xəbər saytı

Bərdədə 20 yaşlı şəxs qəbiristanlıqda asılmış vəziyyətdə tapılıb


Bərdədə 20 yaşlı gəncin meyiti qəbiristanlıqda asılmış vəziyyətdə aşkar edilib.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini 20 yaşlı Dursunov Mahir Vüsal oğlunun meyiti kənd qəbiristanlığında olan su çənindən asılmış vəziyyətdə tapılıb.

Faktla bağlı yerli hüquq mühafizə orqanlarında araşdırma başladılıb.

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər