Sizinxeber.az » Cəmiyyət » Hadisə » Azərbaycanda moped və motosiklet sürücülərinin ən çox yol verdiyi qayda pozuntuları açıqlanıb

Azərbaycanda moped və motosiklet sürücülərinin ən çox yol verdiyi qayda pozuntuları açıqlanıb

Baş Dövlət Yol Polisi (BDYP) Azərbaycanda moped və motosiklet sürücülərinin ən çox yol verdiyi qayda pozuntularını açıqlayıb.

Bu barədə "Report"a BDYP-dən məlumat verilib.

Bildirilib ki, aparılan müşahidələr nəticəsində ölkədə moped və motosiklet sürücüləri ən çox qoruyucu dəbilqədən istifadə etməmək, həddindən artıq sürət və təhlükəli manevrlər etmək, digər nəqliyyat vasitələrinin “kor zona”sında qalmaq, səkilərdə və piyada keçidlərində hərəkət etməklə piyadalara təhlükə yaratmaq, işıqforun qırmızı işığında hərəkət etmək, dövlət qeydiyyat nişanı olmadan və ya saxta nişanla idarəetmə, səsboğucuda dəyişiklik etməklə gurultu yaratmaq, qanunla müəyyən edilmiş saydan artıq sərnişin daşımaq, müvafiq sürücülük hüququ olmadan və ya tələb olunan kateqoriyasız idarəetmə kimi qayda pozuntularına yol verirlər.

"Baş Dövlət Yol Polisi İdarəsi bütün motosiklet və moped sürücülərini bir daha qanunvericiliyin tələblərinə ciddi əməl etməyə, qoruyucu vasitələrdən mütləq istifadə etməyə və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə hörmətlə yanaşmağa çağırır", - məlumatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !