Cəlilabadda çaqqal hücumuna məruz qalan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB-2
Cəlilabadın Şatırlı kəndində çaqqal hücumuna məruz qalan şəxslərin kimliyi bilinib.
"Report"un Muğan bürosunun məlumatına görə, onlar Şatırlı kənd sakinləri Aygün Orucova, Südabə Rüstəmova və Alili Çoşqundur.
Qeyd edək ki, hər üç şəxsə zəruri tibbi yardım göstərilib və vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün onlar evə buraxılıb.
TƏBİB Cəlilabadda baş verən çaqqal hücumu ilə bağlı açıqlama verib.
Qurumdan "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 7 və 8 avqust tarixlərində çaqqal dişləməsi səbəbi ilə 3 nəfər (2 qadın, 1 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
1974 və 1999-cu il təvəllüdlü şəxslərə hər iki aşağı və yuxarı ətrafların dişlənmiş yaraları diaqnozları təyin olunub.
Hər üç şəxsə zəruri tibbi yardım göstərilib və vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün onlar evə buraxılıb.
Cəlilabad rayonunda vəhşi heyvan kənd sakinlərinə hücum edib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Şatırlı kəndində qeydə alınıb.
Belə ki, çaqqal qəfil bir neçə kənd sakininə hücum edib. Hadisə nəticəsində üç nəfər kənd sakini yaralanıb.
Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralılara lazımi tibbi yardım göstərilib. Hazırda onların müalicəsi xəstəxanada davam etdirilir.
Oxşar xəbərlər
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum edib, xəsarət alanlar var - YENİLƏNİB
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum edib - YENİLƏNİB
Cəlilabadda 56 yaşlı qadın sahibsiz itlərin hücumuna məruz qalıb
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum edib, xəsarət alanlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Rəqəmsal inkişaf dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilir: Yeni mərhələnin hədəfləri nədir? - TƏHLİL
-
DÇ-2026-nın oyunu zamanı meydana azarkeş daxil olub
