44 günlük müharibə dövründə Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində yaralanmış mülki şəxslər məhkəmədə ifadə veriblər
Bakı Hərbi Məhkəməsində avqustun 1-də məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Akifə Bayramova bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə, 2020-ci il oktyabrın 11-də gecə saat 02:00 radələrində yaşadığı Gəncə şəhərinə Ermənistan silahlı qüvvələri tərəfindən atılmış raketin düşməsi nəticəsində evi dağılıb.
"Report" xəbər verir ki, Akifə Bayramova hadisə zamanı özünün yaralandığını bildirib. Nəvəsinin dağıntılar altından çıxarıldığını söyləyən zərərçəkmiş şəxs “Nəvəm hələ də müalicə olunur” deyib.
Zərərçəkmiş şəxs Sevinc Həsənova ifadəsində Vətən müharibəsi zamanı, 2020-ci il oktyabrın 5-də Goranboyda qardaşıgildə qonaq olarkən Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində özünün və doğmalarının xəsarət aldığını bildirib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Oxşar xəbərlər
Vətən müharibəsi zamanı zərər çəkmiş mülki şəxs: Məqsəd azərbaycanlıları məhv etmək idi
Vətən müharibəsi zamanı əsir götürülən azərbaycanlı: Mənə işgəncələr verildi
Zərərçəkmiş şəxs: Ermənistan silahlı qüvvələrinin artilleriyası sanitar avtomobillərimizə və tibb işçilərinə atəş açırdı
Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı
Ermənistan silahlı qüvvələrinin yaralı vəziyyətdə əsir götürdüyü azərbaycanlı: Hər gün işgəncə verirdilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













