Vətən müharibəsi zamanı əsir götürülən azərbaycanlı: Mənə işgəncələr verildi
sizinxeber.az xəbər saytı

Vətən müharibəsi zamanı əsir götürülən azərbaycanlı: Mənə işgəncələr verildi


İyulun 25-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Vəliəhəd Vəliyev bildirib ki, 2020-ci ildə baş vermiş 44 günlük müharibə zamanı oktyabrın 22-də Zəngilanda güllə və qəlpə yaraları alaraq Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürülüb.

"Report" xəbər verir ki, o, həmin vaxt hərbçi yoldaşlarının şəhid olduğunu söyləyib.

Zərərçəkmiş şəxs deyib ki, əsirlikdə olduğu müddətdə sağaldıqdan sonra işgəncələrə məruz qalıb, o cümlədən sağ ayağının baş barmağı kəlbətinlə sıxılıb, sifət nahiyəsində yumruq-təpik, ayaq və qollarına dəyənəklə zərbələr endirilib.

O, dekabrın 14-də Azərbaycana təhvil verilib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Oxşar xəbərlər

Ermənistanın əsirliyində olmuş azərbaycanlı: İşgəncələrə məruz qalırdım, döyülürdüm
Əsir götürüldükdən sonra Ermənistana aparılmış şəxs: Məhz azərbaycanlı olduğuma görə işgəncələrə məruz qalırdım
Xocalı soyqırımı zamanı girov götürülmüş zərərçəkən: Gitara ifaçısı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar
Zərərçəkmiş şəxs Şuşanın işğalı günündən danışıb: Həmin vaxt bombalar yağış kimi yağırdı
Vətən müharibəsi zamanı zərər çəkmiş mülki şəxs: Məqsəd azərbaycanlıları məhv etmək idi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər