İraqa korrupsiyadan dəyən zərər 2 trilyon dollardan çox qiymətləndirilib
sizinxeber.az xəbər saytı

İraqa korrupsiyadan dəyən zərər 2 trilyon dollardan çox qiymətləndirilib


İraq büdcəsinə 2003-cü ildən bəri korrupsiyaya görə 2 trilyon dollardan çox vəsait daxil olmayıb.

"Report" INA agentliyinə istinadən xəbər verir ki, bunu İraqın baş nazirinin müşaviri Munir Həddad bildirib.

Onun sözlərinə görə, həbslər hər gün həyata keçirildiyi üçün korrupsiya işləri üzrə saxlanılanların dəqiq sayı hələlik məlum deyil.

Həddad qeyd edib ki, bir neçə şübhəli şəxs ölkəni tərk etməyə və ya İraq Kürdüstanında gizlənməyə cəhd edib. Onun sözlərinə görə, muxtar regionun rəhbərliyi axtarışda olan səkkiz nəfəri Bağdada təhvil verib.

Baş nazirin müşaviri həmçinin bildirib ki, saxlanılanlardan birinin həyat yoldaşı 50 milyon dollar dəyərində mənzil alıb. Bundan əlavə, hər biri özlərinin və ya qohumlarının adına qeydiyyatdan keçmiş 50-dən çox mənzilə sahib olan bir neçə məmur həbs edilib.

O vurğulayıb ki, antikorrupsiya kampaniyası çərçivəsində saxlanılanlara qarşı məhkəmə prosesləri açıq rejimdə keçiriləcək.

Daha əvvəl İraqın təhlükəsizlik qüvvələri korrupsiya ittihamı ilə 40-dan çox yüksəkvəzifəli məmur və deputatı saxlayıb. Saxlanılmalara səbəb may ayında eyni ittihamla həbs edilmiş neft nazirinin müavini Adnan əl-Cümeylinin ifadələri olub.

Oxşar xəbərlər

WSJ: ABŞ təzyiq məqsədilə İraqa dollar tədarükünü dondurub
Tailand Kamboca ilə münaqişədən dəyən zərəri 300 milyon dollardan çox qiymətləndirib
“Qızıl qübbə”nin yaradılması ABŞ-yə 1,5 trilyon dollardan baha başa gələcək
Nazir müavini: İran 27,5 trilyon dollar dəyərində yeraltı sərvətlərə malikdir
Tramp Qətərlə 1 trilyon dollardan çox dəyəri olan saziş imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər