Sumqayıtda sərnişin avtobusu işıq dirəyinə çırpılıb, yaralananlar var
sizinxeber.az xəbər saytı

Sumqayıtda sərnişin avtobusu işıq dirəyinə çırpılıb, yaralananlar var


Sumqayıt şəhərində sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un yerli bürosunun məlumatına görə, şəhər sakini, 1986-cı il təvəllüdlü Əmirov Aqil Yaşar oğlu tərəfindən idarə olunan “İsuzu” markalı avtobus sürücünün idarəetməni itirməsi nəticəsində yolun ortasındakı işıq dirəyinə çırpılıb.

Qəza zamanı avtobusda olan sərnişinlər - Sumqayıt şəhər sakinləri, 2005-ci il təvəllüdlü Alıyev Pünhan Ehsan oğlu, 1995-ci il təvəllüdlü Mustafayeva Qönçə Mehman qızı və Abşeron rayon sakini, 1965-ci il təvəllüdlü Cəlilov Xocaxan Zahid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Şabranda avtomobil işıq dirəyinə çırpılıb, ölən və yaralananlar var
Bakıda avtomobil işıq dirəyinə çırpılıb, ölən var
Sumqayıtda avtobus avtomobillə toqquşub, dörd nəfər xəsarət alıb
Şirvanda avtomobil dörd piyadanı vurub
Xaçmazda iki avtomobil toqquşub, xəsarət alanlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər