Şirvanda avtomobil dörd piyadanı vurub
sizinxeber.az xəbər saytı

Şirvanda avtomobil dörd piyadanı vurub


Şirvan şəhərində avtomobil dörd piyadanı vurub.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili anidən idarəetməni itirərək yolun kənarında dayanan avtomobillərə çırpılıb, sonra dörd nəfər piyadanı vurub.

Qəza nəticəsində Qaradağ rayon sakini 1989-cu il təvəllüdlü Sadıqov Xətai Elman oğlu, Sabirabad rayon sakini 1993-cü il təvəllüdlü Nəsirov Cavidan Nizami oğlu, Şirvan şəhər sakini 1971-ci il təvəllüdlü Nəzərov Bəxtiyar Əliş oğlu və Hacıqabul rayon sakini 1987-ci il təvəllüdlü İsrafilov Seymur Nüsrətddin oğlu müxtəlif dərəcəli xəsarət alıblar.

Xəsarət alan piyadalar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Şirvanda baş verən yol qəzasında altı nəfər xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Salyanda avtomobil aşıb, bir ailənin dörd üzvü xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Salyanda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şirvanda zəncirvari qəza törədən avtomobil 4 piyadanı vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Salyanda minik avtomobili aşıb, 3 nəfər xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər